Bu gün İranın Dezful şəhərinin Salənd bölgəsində Rixter şkalası üzrə 4.1 bal gücündə zəlzələ baş verib.
Bu barədə Oxu.Az "Azad İran" "Telegram" kanalına istinadən xəbər verir.
Məlumata görə, yerli vaxtla saat 02:27-də meydana gələn zəlzələ 14 kilometr dərinlikdə qeydə alınıb.
Hələlik zəlzələ nəticəsində dağıntılar və ya insan ölümü ilə bağlı məlumat yoxdur.
Rəylər