"Livanda partlayışlara səbəb olan peycerləri "Hizbullah" İran şirkəti vasitəsilə alıb".
"Azad İran" "Telegram" kanalının xəbərinə görə, bu sözləri iranlı ekspert Məsud Əsədullahi dövlət televiziyasının efirində deyib.
Onun sözlərinə görə, "Hizbullah"ın təhlükəsiz əlaqə qurmaq məqsədilə bir İran şirkəti Tayvandan 5 min ədəd peycer alaraq "Hizbullah"a verib.
Ekspert peycerlərin təhlükəsizlik yoxlamalarından keçmədən istifadə edildiyini vurğulayıb. M.Əsədullahi bildirib ki, hələlik 2 min peycer "Hizbullah" üzvləri arasında paylanılmayıb.
Qeyd edək ki, ekspertin çıxışı İranda sensasiya yaradıb. İranın hökumət mediası ekspertin efirdəki açıqlamalarından sonra bunların əsassız iddia olduğunu bəyan edib.
Rəylər