İsrail Müdafiə Ordusu (SAXAL) Livanın paytaxtı Beyrutda "Sahel" xəstəxanasının altında "Hizbullah"ın 500 milyon dollar vəsaitin saxlandığı bunkerini aşkarlayıb.
Oxu.Az xəbər verir ki, bu barədə "The Times of Israel" məlumat yayıb.
"Bunker qəsdən xəstəxananın altına yerləşdirilib. İçərisində yarım milyard dollardan çox əsginas və qızıl var", - SAXAL-ın nümayəndəsi Daniel Haqari bildirib.
Onun sözlərinə görə, söhbət "Hizbullah"ın hazırda vəfat etmiş lideri Həsən Nəsrullaha məxsus obyektlərdən birindən gedir. Haqari qeyd edib ki, İsrail Hərbi Hava Qüvvələri əraziyə nəzarəti davam etdirir və onlar "Hizbullah"ın maliyyə əməliyyatlarına müdaxilə etməyə davam edəcək.
Rəylər