İsrail Hərbi Hava Qüvvələri Suriyanın cənubunda Fələstinin HƏMAS hərəkatının səhra komandiri Əhməd Muhəmməd Fəhdi məhv edib.
Oxu.Az-ın məlumatına görə, bu barədə İsrail Müdafiə Ordusunun (SAXAL) "Telegram" kanalında xəbər verilib.
"Fəhd yaxın zamanda İsrailə qarşı növbəti terror planını həyata keçirməyi planlaşdırırdı", - deyə məlumatda bildirilir.
O da vurğulanır ki, HƏMAS zabiti İsrail qüvvələrinə qarşı əməliyyatlardan, o cümlədən Colan təpələrinin atəşə tutulmasından məsul olub.
Rəylər