"İsrail Livanın "Hizbullah" şiə hərəkatı ilə müharibə etmək istəmir, lakin hadisələrin istənilən şəkildə inkişafına hazırdır".
Bu sözləri İsrailin müdafiə naziri Yoav Qalant Vaşinqtona səfəri zamanı jurnalistlərlə söhbətində deyib.
"Biz müharibə istəmirik, lakin "Hizbullah" təhlükəli oyun oynayır və biz vətəndaşlarımıza, evlərini tərk etmək məcburiyyətində qalmış onminlərlə israilliyə qarşı hücumlara dözməyəcəyik", - deyə Qalant bildirib.
Onun sözlərinə görə, əsas məqsəd İsrail vətəndaşlarını sağ-salamat evlərinə qaytarmaqdır.
"Biz bunun qarşılıqlı anlaşma əsasında həyata keçirilməsinə üstünlük veririk, lakin bütün mümkün ssenarilərə hazırlaşırıq", - Yoav Qalant əlavə edib.
Mənbə: Interfaks.ru
Rəylər