İsrail mediası ötən gecə Suriyaya qarşı hava zərbələrində əsas hədəfinin kim olduğunu açıqlayıb.
Bu barədə "Azad İran" "Telegram" kanalı xəbər verib.
Məlumata görə, İsrail Hərbi Hava Qüvvələrinin Dəməşqə son hücumunun hədəfi İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Qüds qanadının komandan müavini general Məhəmmədrza Fəllahzadə olub.
Xatırladaq ki, hücum İranın Dəməşqdəki səfirliyinin yaxınlığındakı binaya edilib, nəticədə dörd nəfər ölüb, 15 nəfər yaralanıb.
Rəylər