"Ford Motor Company" şirkəti elektrik avtomobilləri sahəsində ciddi problemlərlə üzləşib.
Oxu.Az Ferra.ru portalına istinadən xəbər verir ki, istehsal olunan hər bir elektrik avtomobili şirkətə 100 min dollar zərərə başa gəlir.
Qeyd olunur ki, "Ford Motor Company" maddi zərər səbəbindən elektrik mühərrikli avtomobil istehsalı strategiyasına yenidən baxmaq məcburiyyətində qalıb.
Bu itkilərin əsas səbəbi elektromobillərin qiymətlərinin kəskin enməsi və tələbin azalmasıdır ki, bu da bir avtomobilin istehsalına çəkilən xərclərin onun satışından əldə edilən gəliri üstələməsinə səbəb olub.
Rəylər