Keniyanın paytaxtı Nayrobidə polis parlament binasına gedən bütün yolları bağlayıb.
Buna səbəb gözlənilən növbəti etiraz aksiyalarıdır.
Xatırladaq ki, iyunun 25-də Keniyada vergi artımına qarşı etiraz edən nümayişçilər inzibati binalara, o cümlədən parlamentə daxil olaraq dağıntı və yanğın törədiblər.
Polis qüvvələri rezin güllələrlə etirazçılara atəş açıblar. Həmçinin, gözyaşardıcı qazdan da istifadə edilib. Etirazlar zamanı azı səkkiz nəfər ölüb, 50 nəfər yaralanıb. Bunların arasında ABŞ-nin 44-cü prezidenti Barak Obamanın bacısı da olub.
Qeyd edək ki, prezidentin mübahisəli vergi artımı ilə bağlı qanun layihəsini geri götürmək qərarına baxmayaraq, etirazçılar aksiyaları davam etdirmək niyyətindədirlər.
Mənbə: "RİA Novosti" "Telegram"
Rəylər