Ukrayna bu ilin noyabrına - ABŞ-də prezident seçkisi başlayacağı vaxta - qədər ikinci sülh sammitini keçirməyi planlaşdırır.
Oxu.Az-ın məlumatına görə, bu barədə "Bloomberg" öz mənbələrinə istinadla xəbər verib.
Bildirilir ki, Kiyev ora Rusiyanı da dəvət etmək istəyir.
"RIA Novosti" öz növbəsində Ankaradakı diplomatik mənbəyə istinadən xəbər verir ki, tədbirin keçirilməsi üçün mümkün yer kimi Səudiyyə Ərəbistanı nəzərdən keçirilir.
Xatırladaq ki, birinci sülh konfransı 15-16 iyun tarixlərində İsveçrədə Rusiyanın iştirakı olmadan keçirilib. Orada 90-dan çox dövlət və səkkiz beynəlxalq təşkilat təmsil olunub.
Rəylər