Macarıstan və Türkiyə Rusiyanın iştirakı ilə Ukrayna üzrə beynəlxalq sülh konfransının çağırılması ideyasını dəstəkləyir.
Bunu Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto Baş nazir Viktor Orbanın Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü barədə danışarkən deyib.
İki ölkə lideri arasında danışıqlar çərşənbə axşamı Vaşinqtonda NATO sammiti çərçivəsində baş tutub və görüşün əsas mövzusu Ukrayna münaqişəsinin həlli yolları olub.
XİN rəhbəri xatırladıb ki, Rusiya iyunda İsveçrədə keçirilən Ukrayna üzrə sülh konfransında iştirak etməyib və buna görə də bu formatda həll yolu tapmaq mümkün deyil.
Siyarto həmçinin bildirib ki, Macarıstan və Türkiyə sülh mövzusunun prioritet olaraq beynəlxalq təşkilatların gündəminə qayıtması üçün öz hərəkətlərini əlaqələndirməyə razılaşıblar.
Mənbə: TASS
Rəylər