Konqo Demokratik Respublikasında (KDR) həbsxanadan qaçış cəhdi zamanı təxminən 129 nəfər həlak olub və təxminən 60 nəfər xəsarət alıb.
Oxu.Az-ın nsn.fm-ə istinadən verdiyi məlumata görə, bu barədə ölkənin baş nazirinin müavini - daxili işlər və dövlət təhlükəsizliyi naziri Jakmen Şabani məlumat verib.
Onun sözlərinə görə, qiyam fonunda yanğınlar baş verib, bəzi inzibati obyektlər və ərzaq anbarları məhv edilib.
"İlkin məlumatlara görə, 129 nəfər həlak olub. Onlardan 24-ü xəbərdarlıqdan sonra odlu silah yaralanmasından həlak olub, qalanları isə izdiham və ya boğulma nəticəsində ölüb. Bundan əlavə, 59 nəfərin xəsarət aldığını müəyyən etmişik", - deyə Şabani "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.
Nazirin sözlərinə görə, qadınların zorlanması halları da qeydə alınıb.
Hakimiyyət orqanları baş verənlərin şəraitini araşdırır.
Rəylər