ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici İşlər Komitəsi çərşənbə axşamı ABŞ Dövlət katibi Antoni Blinkeni ABŞ qanunverici orqanına hörmətsizlikdə ittiham edən qətnaməni dəstəkləyib.
Oxu.Az-ın TASS-a istinadla verdiyi məlumata görə, iclasın yayımı komitənin saytında aparılıb.
Qətnamədə Blinken 2021-ci ildə ABŞ qoşunlarının Əfqanıstandan çıxarılmasına həsr olunmuş dinləmələrə gəlməkdən imtina etdiyi üçün konqresə hörmətsizlikdə ittiham olunur.
"Dövlət katibi Blinkenin aylarca bildiriş və təkliflərə baxmayaraq, komitənin çağırışına cavab verməkdən imtina etməsi hörmətsizlik kimi qiymətləndirilməlidir", - deyə mətndə qeyd edilir.
Komitə tərəfindən təsdiqlənəndən sonra təşəbbüs Nümayəndələr Palatasının tam tərkibində nəzərdən keçiriləcək.
Komitənin sədri Maykl Makkol (Texas ştatından respublikaçı) dəfələrlə Blinkeni Əfqanıstanla bağlı dinləmələrdə çıxış etməyə çağırıb. Qanunverici vurğulayıb ki, xarici siyasət idarəsi və şəxsən dövlət katibi ABŞ qoşunlarının Əfqanıstandan çıxarılması prosesində əsas rol oynayıb. O, dinləmələri sentyabrın 24-nə təyin edib, lakin Blinken Nyu-Yorkda BMT Baş Assambleyasının 79-cu sessiyasında iştirak etdiyi üçün konqresmenlər qarşısında ifadə verə bilməyib.
Rəylər