Latviya 2028-ci ildə qadınları məcburi hərbi xidmətə çağırmağa başlaya bilər. Bu bəyanatla Baltikyanı Respublikasının müdafiə naziri Andris Spruds çıxış edib.
Oxu.Az bu barədə Delfi portalına istinadən xəbər verir.
"Əlbəttə, bu, bu gün və ya sabah olmayacaq", - deyə müdafiə naziri qadınlar üçün hərbi xidmətin tətbiqi planlarını şərh edərkən deyib. Spruds əlavə edib ki, 2028-ci il "optimal vaxt çərçivəsi" ola bilər. Bu vaxta qədər hakimiyyət hərbi xidmətə çağırılanların sayını ildə 4000-ə çatdırmaq istəyir.
Müdafiə naziri izah etdi ki, bu vaxta qədər hökumət "bir sıra hazırlıq işləri" görməlidir. O qeyd edib ki, əvvəlcə bu məsələ ilə bağlı "siyasi müzakirə" aparılmalıdır. O zaman hərbi xidmətə gedən qadınlar üçün lazımi geyim, avadanlıq, avadanlıq ehtiyatı yaratmaq lazımdır.
Məlumata görə, artıq Latviyanın Milli Silahlı Qüvvələrinə müvafiq əmrlər verilib.
Rəylər