İsrail hərbçiləri Livandan iki pilotsuz təyyarənin hava məkanına daxil olduğunu qeydə alıblar.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
"Aparatlar Livandan sərhədi keçdikləri andan nəzarət altında olub. İsrail Hərbi Hava Qüvvələri qurğulardan birini ələ keçirib", - məlumatda bildirilir.
Hərbçilərin məlumatına görə, insidentdən sonra Tel-Əvivin şimal ətraflarından biri olan Herzliyada binaya ziyan dəydiyi barədə məlumat daxil olub.
Hələlik itkilər barədə məlumat yoxdur. Ordudan bildirilib ki, insident araşdırılır.
Livandan iki PUA-nın daxil olmasından sonra İsrail hərbçiləri ölkənin hava məkanının yeni pozulması faktını qeydə alıblar. Bu dəfə söhbət Suriyadan atılan pilotsuz təyyarədən gedir.
Həmçinin bildirilir ki, bu gün "Hizbullah" tərəfindən Livandan İsrailə təxminən 230 mərmi atılıb.
Rəylər