Xorvatiyanın kapitanı Luka Modriç Avropa çempionatları tarixində qol vuran ən yaşlı futbolçu olub.
Məlumata görə, İtaliya ilə görüşdə qol vuran Luka Modriç 38 yaş 289 günündə fərqlənib.
54-cü dəqiqədə penaltidən istifadə edə bilməyən Modriç cəmi 1 dəqiqə sonra dəqiq zərbə ilə topu qapıdan keçirib. O, Avstriya yığmasının hücumçusu İvitsa Vastiçin rekordunu 32 gün təzələyib. Vastiç AVRO-2008-də 38 yaş 257 günündə fərqlənib.
Qeyd edək ki, İtaliya - Xorvatiya matçı 1:1 hesabı ilə yekunlaşıb.
Mənbə: Goal.com
Rəylər