Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin III turunun Xorvatiya - İtaliya görüşü başa çatıb.
Oxu.Az xəbər verir ki, B qrupunun oyunu 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.
Qarşılaşmada hesabı xorvatlardan 55-ci dəqiqədə Luka Modriç açıb. İtaliyanların bərabərlik qolu isə 90+ 8-ci dəqiqədə gəlib. Mattia Cakkani fərqlənib.
Son dəqiqədə vurulan qol sayəsində xallarının sayını 4-ə çatdıran İtaliya millisi qrupda ikinci yeri tutaraq 1/8 finala vəsiqə qazanıb.
Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsi çərçivəsində Xorvatiya və İtaliya milli komandaları arasında görüş başlayıb.
Oxu.Az-ın məlumatına görə, qarşılaşma Leypsiqdəki "Red Bull Arena"da keçirilir.
Oyunu niderlandlı Denni Makellinin rəhbərlik etdiyi hakimlər briqadası idarə edir.
Qeyd edək ki, iki turda 6 xal toplayan İspaniya millisi turnir cədvəlinə başçılıq edir və artıq B qrupundan "play-off"a çıxışı təmin edib. İtaliya 3 xalla ikincidir. Üçüncü və dördüncü yerləri hərəyə bir xalı olan Albaniya və Xorvatiya yığmaları tutur.
Beləliklə, hər iki komandanın ikinci pillədən qrupdan çıxmaq şansı var.
AVRO-2024: İtaliya 1/8 finala vəsiqə qazanıb
Rəylər