Yann Zommer İsveçrə millisindəki karyerasını başa vurub.
Oxu.Az xəbər verir ki, bunu 35 yaşlı qapıçının özü açıqlayıb.
O, 12 il formasını geyindiyi yığmadan getməyə qərar verib. Almaniyadakı AVRO-2024 Zommerin millidəki son sınağı olub.
Qeyd edək ki, millidə 2012-ci ilin mayında debüt edən qolkiper bu müddətdə 94 matç keçirib və 92 qol buraxıb.
Rəylər