Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Madriddə Serbiyanın səfiri İrena Şaratsa hücum olub
İspaniyanın paytaxtında naməlum şəxs küçədə gedən və serb dilində telefonla danışan Serbiya səfirinə hücum edib.
Oxu.Az-ın "N1"ə istinadla məlumatına görə, hadisə diplomatın yaşadığı küçədə baş verib.
Şahidlərin dediyinə görə, kişi serb dilində telefonla danışan Şaratsa yaxınlaşıb və ondan Serbiyadan olub-olmadığını soruşub, daha sonra onu arxadan təpiklə vurub və qaçıb. Kişinin danışığına əsasən, onun alban mənşəli olduğu düşünülür.
Bir neçə şahid hücumçunu tutmağa cəhd edib, lakin uğursuzluğa düçar olublar.
Polis hadisə ilə bağlı araşdırmalara başlayıb.
Serbiyanın Xarici İşlər Naziri Marko Curiç hadisəni pisləyib.
"Madridin mərkəzində səfir Şaratsa qarşı fiziki hücumu qətiyyətlə pisləyirəm. Biz bütün hakimiyyət orqanlarından bu biabırçı hadisənin və ölkəmizin ali diplomatik nümayəndəsinə qarşı zorakılıq aktının tam araşdırılmasını və günahkarın məsuliyyətə cəlb olunmasını tələb edirik", - deyə o bildirib.
Məlumata görə, hücumdan sonra səfirin vəziyyəti yaxşıdır.
"Serbiya" teqi üzrə xəbərlər
- Serbiya prezidenti: "Azərbaycan dünya siyasi arenasında öz mövqelərini möhkəmləndirir"
- Serbiyada vağzalda uçqun nəticəsində ölənlərin sayı artdı
- Serbiyalı nazir: "Ölkəmiz heç vaxt NATO üzvü olmayacaq"
- UEFA Millətlər Liqası: Bu gün daha beş görüş keçiriləcək
- Vuçiç Ukraynaya dəstək bəyannaməsi imzalayıb
Rəylər