Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Maksim Qalkin Rusiya Ali Məhkəməsinə şikayət edib
Komediya aktyoru və parodiyaçı Maksim Qalkin Rusiya Ali Məhkəməsinə onun xarici agent statusunun ləğvinin imtinası ilə bağlı şikayət verib.
Oxu.Az xəbər verir ki, bu barədə TASS-a məhkəmədən məlumat verilib.
"Məhkəməyə Maksim Aleksandroviç Qalkinin birinci, apellyasiya və kassasiya instansiyası məhkəməsinin xarici agent statusunun götürülməsi tələbi ilə Ədliyyə Nazirliyinə qarşı iddiasının rədd edilməsi barədə qərarından şikayət daxil olub", - deyə agentlikdən bildirilib. Şikayətlə bağlı dinləmənin vaxtı hələ müəyyən edilməyib.
Qeyd edək ki, Qalkin 2022-ci ilin sentyabrında xarici agentlərin reyestrinə daxil edilib. Ədliyyə Nazirliyinin mövqeyinə görə, o, xarici təsir altındadır.
Rəylər