"Fransa Prezidenti Emmanuel Makron gələcək müxalifətin təyin edəcəyi baş nazirin ölkəni idarə etməsinin qarşısını almaq üçün son anda dəyişikliklər edərək, hökumət strukturlarında inzibati çevriliş hazırlayır".
Bu fikri Milli Birlik Partiyasının parlament fraksiyasının lideri Marin Le Pen deyib.
"Prezidentin sabah, yəni seçkinin ikinci turuna dörd gün qalmış milli polisə yeni rəis (baxmayaraq ki, o, Olimpiya Oyunlarının sonuna qədər qalmalı idi), Milli Jandarmeriyaya direktor, onlarla prefekt və Jordan Bardellanın ölkəni istədiyi kimi idarə etməsinə mane olmaq məqsədi daşıyan bir çox insanı təyin etməyə hazırlaşdığı barədə oxuyanda mən bunun bir inzibati çevriliş forması olduğunu hesab edirəm", - Le Pen bildirib.
Siyasətçi bu cür məlumatların, sadəcə, şayiə olduğuna ümid etdiyini bildirib, lakin vurğulayıb ki, hələ seçkinin birinci turundan əvvəl, keçən çərşənbə günü daha çox təyinat olub, nəinki Nazirlər Şurasının adi iclaslarında.
Mənbə: France Inter
Rəylər