Çeçenistan başçısı Ramzan Kadırov daha iki "Cybertruck" elektrikli pikapının Ukraynada rusiyalı hərbçilərin hərbi əməliyyat zonasına göndərildiyini bildirib.
Oxu.Az-ın məlumatına görə, bu barədə o özünün "Telegram" kanalında yazıb.
"Qərb texnikası Qərbin NATO-ya meyilli ukraynalılara qarşı qoyulan tapşırıqların öhdəsindən gözəl gəlir. Mobillik, rahatlıq, manevr qabiliyyəti - elektromobilin bu keyfiyyətləri burada çox tələb olunur", - deyə Kadırov əlavə edib.
O bu pikapların bundan əvvəlkilər kimi uzaqdan söndürülməyə məruz qalmadığını vurğulayıb.
"Maşınlar normal işləyir və heç bir nasazlıq yoxdur. "Cybertruck" üçün bundan yaxşı reklam ola bilməz. Biz onların necə istifadə olunmalı olduğunu yaxşı bilirik", - deyə region rəhbəri əlavə edib.
Qeyd edək ki, bir müddət əvvəl Çeçenistan başçısı amerikalı milyarder, "Tesla" şirkətinin rəhbəri İlon Maskdan "Cybertruck" elektrikli pikap aldığını və onu sınaqdan keçirdiyini bildirib. Maşını Ukraynaya müharibəyə göndərəcəyini deyən Kadırov Maskı Qroznıya dəvət edib. Ancaq Mask Kadırova elektrikli pikap hədiyyə etmədiyini bildirib. Buna cavab olaraq Kadırov Maska "Starlink" üçün təşəkkür edərək, Ukrayna müharibəsində əməliyyat zonasında rabitənin sürətini qeyd edib. Sentyabrın 19-da Çeçenistan başçısı Maskın Ukraynaya Rusiya Silahlı qüvvələri üçün göndərilən elektrikli pikapı uzaqdan söndürdüyünü bildirib.
Çeçenistan başçısı Ramzan Kadırov daha iki "Cybertruck" elektrikli pikapının Ukraynada rusiyalı hərbçilərin hərbi əməliyyat zonasına göndərildiyini bildirib.
Rəylər