Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Alsu ilk dəfə bakılı əri ilə boşanmasından danışdı
Rusiyalı müğənni, teleaparıcı, aktrisa və "Eurovision" iştirakçısı Alsu bakılı əri Yan Abramovdan boşanmasından danışıb.
Oxu.Az rg.ru-ya istinadən xəbər verir ki, müvafiq qərarı Moskvanın Presnenski rayonunun 418 saylı məntəqəsinin hakimi qəbul edib.
"Hər gün müxtəlif qərarlar qəbul edirik, bəzən onlar həyatımızı həmişəlik dəyişir. Bu gün yeni bir fəsil başlayır", - deyə sənətçi sosial şəbəkədə hesabında yazıb.
Xatırladaq ki, müğənni ərinin xəyanəti ilə bağlı davamlı şayiələr fonunda may ayında boşanmaq üçün müraciət edib. Hazırda məhkəmə onların birgə əldə etdikləri əmlakın bölünməsi ilə bağlı işə baxır.
Sənətçi yenidən səhnəyə qayıtmaq, bütün diqqətini musiqi karyerasına və övladlarının tərbiyəsinə yönəltmək niyyətindədir.
Məşhur rusiyalı müğənni Alsu və bakılı keçmiş əri, iş adamı Yan Abramov rəsmən boşanıblar.
Oxu.Az-ın Mash.ru-ya istinadən xəbərinə görə, boşanma avqustun 27-də paytaxtın məhkəmələrindən biri tərəfindən təsdiqlənib.
Bildirilir ki, sənətçinin keçmiş əri ona təzminat olaraq 2.5 milyard rubl (təqribən 47 milyon manat) təklif etsə də, Alsu bundan imtina edib və öz tələblərini irəli sürüb. Müğənninin tələbləri isə təxminən 10 milyard rubl (təqribən 186 milyon manat) dəyərində qiymətləndirilir. Belə ki, Alsu birlikdə olduqları zaman alınan bütün mənzilləri, evləri, avtomobilləri, park yerlərini, şirkətlərdəki payları və səhmləri istəyib.
Qeyd edək ki, Alsu və Yan Abramovun üç övladı var - 17 yaşlı Safina, 16 yaşlı Mikella və 8 yaşlı Rafael.
Xatırladaq ki, müğənni və iş adamının təxminən iyirmi illik evlilikdən sonra boşanması haqqında məlumatlar may ayında yayılıb. Sənətçi ərinin xəyanətindən şübhələnib.
"Alsu" teqi üzrə xəbərlər
- Bakılı ərindən boşanan Alsu yeni romantik görüşlərə açıq olduğunu bildirib
- Alsu boşanmadan sonrakı həyatından danışıb
- Alsu boşandığı bakılı ərinə qarşı yeni iddialarla məhkəməyə müraciət edib
- Alsu boşandığı bakılı ərinin mənzilini əlindən almaq istəyir
- Alsu boşandığı bakılı ərinin xəyanət etdiyini təsdiqlədi
Rəylər