Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Suriyada toqquşmalar: Əsəd rejiminə qarşı çıxan qruplaşmalar 32 bölgəni ələ keçirdilər
Suriyanın Hələb bölgəsində Bəşər Əsəd rejimi və ona qarşı çıxan "Heyət Təhrir əş-Şam" (HTŞ) qruplaşması arasında toqquşmalar baş verib.
Bu barədə Oxu.Az Sondakika.com-a istinadən xəbər verir.
Məlumata görə, qarşıdurmalar zamanı qruplaşma 32 bölgəni ələ keçirib.
Səhər saatlarında başlayan qarşıdurmalar zamanı HTŞ-yə bağlı silahlı qruplar Əsəd rejiminin nəzarətində olan, Hələbin qərb hissəsindəki Akil təpəsi, Ər-Ragib təpəsi, Kuptan dağı, Debbabat təpəsi, Ancara qəsəbəsi, Basartun, Hur, Elkasimiyye, Acil, Bele, Sellum, Kefer Bissin, Şeyh Akil, Hırderkal, Acemi, Ürumsuğra, Üveycil kəndlərini və s. əraziləri tutublar.
Həmçinin 75 HTŞ silahlısının öldüyü bildirilib. Bölgədən qaçan 10 min dinc sakin isə İdlib çölünə sığınıb.
Qeyd edilib ki, "Heyət Təhrir əş-Şam" qruplaşmaları Hələb şəhər mərkəzinin 8 kilometr yaxınlığına qədər gəliblər. Toqquşmaların hələ də davam etdiyi bildirilir.
HTŞ-nin nəzarət altına aldığı bölgə 138 kvadrat kilometr ərazini əhatə edib.
Suriyanın Hələb əyalətində silahlılar hökumət qoşunlarına qarşı hücuma keçib.
Oxu.Az bu barədə "Anadolu" agentliyinə istinadən xəbər verib.
Mənbə yazır ki, "Həyat Təhrir əş-Şam" (əvvəllər "Cəbhət ən-Nüsrə" adlandırılıb) qruplaşması Hələbin 13 kəndini ələ keçirib, həmçinin ətrafdakı strateji yüksəkliklərdə möhkəmlənib.
Bundan əlavə, Suriya ordusunun Hələb əyalətində yerləşən ən böyük hərbi bazasının da ələ keçirildiyi qeyd olunur.
"Suriya" teqi üzrə xəbərlər
- Suriyada İran rəsmilərinin iclas keçirdiyi məkana raket düşüb
- Türkiyə milli müdafiə naziri: "Tramp ABŞ qoşunlarını Suriyadan çıxara bilər"
- Suriya KİV-dən iddia: İsrail Hələb və İdlibə zərbə endirib
- Lavrov: "Türkiyə ordusunu Suriyadan çıxarmağı sonraya saxlamağı təklif edir"
- Müharibənin xəritəsi: Suriyada marağı olan qüvvələrin yeni qarşıdurmaya hazırlığı
Rəylər