Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Kolumbiya kokain müsadirəsi üzrə dünya rekordunu müəyyən etdi
Kolumbiyanın hüquq-mühafizə orqanları onlarla digər ölkə ilə əməkdaşlıq edərək 6 həftə ərzində 225 ton kokain müsadirə edib ki, bu da narkotiklərə qarşı mübarizə əməliyyatı üçün dünya rekordu hesab olunur.
Oxu.Az bu barədə "The Guardian"a istinadən xəbər verir.
Məlumata görə, altıhəftəlik "Orion" əməliyyatı zamanı Kolumbiyanın hüquq-mühafizə orqanları və 62 ölkədən olan həmkarları kokain daşıyan altı dəniz gəmisini saxlayıb və ümumilikdə 1400 ton narkotik, o cümlədən 1000 tondan çox marixuana və 225 ton kokain müsadirə ediblər. Qadağan olunmuş yükün bir hissəsi Avstraliyaya gedən yeni narkotik marşrutu üzrə hərəkət edən sualtı qayıqda aşkar edilib.
Antinarkotik tədbirlər zamanı qanunsuz silah təchizatının qarşısı alınıb və miqrant alverçiləri saxlanılıb. Ümumilikdə 400-dən çox şəxs həbs edilib.
Qeyd olunur ki, əməliyyat Latın Amerika kartellərinə ciddi zərbə olub. BMT-nin hesablamalarına görə, dünyada hər il 2700 ton kokain istehsal olunur. Kolumbiya hakimiyyətinin bu narkotikin müsadirəsi üzrə əvvəlki rekordu 2022-ci ildə qeydə alınıb - o zaman 671 ton narkotik müsadirə edilib.
"Kolumbiya" teqi üzrə xəbərlər
- Kolumbiyada fövqəladə vəziyyət elan edildi
- Bilyard həvəsi italyan mafiyasının "xaç atası"nı ələ verdi
- Kolumbiyada helikopter qəzası: Bütün ekipaj üzvləri həlak oldular
- Şahzadə Harri və Meqan Marklın səfəri Kolumbiyaya baha başa gəldi
- Kolumbiya prezidentinə qarşı sui-qəsd cəhdi: Milli müdafiə naziri açıqlama verdi
Rəylər