Türkiyənin Mərsin şəhərinin Tarsus rayonunun Yenicə qovşağında zəncirvari yol-nəqliyyat hadisəsində azı 11 nəfər ölüb.
Qeyd olunur ki, Bakı vaxtı ilə 20:45-də Osmaniyyedən Mersinə gedən şəhərlərarası sərnişin avtobusunun sürücüsü Tarsus-Adana arasındakı Yenice qovşağında idarəetməni itirərək qarşı zolağa keçib. Sərnişin avtobusu yük və minik avtomobillərinə çırpılıb. Qəzadan sonra Mersin və Adana istiqamətlərində nəqliyyatın hərəkəti dayanıb. Bölgəyə xilasetmə, təcili yardım və polis cəlb edilib.
İlkin məlumata görə, qəza nəticəsində azı 11 nəfər ölüb. Çoxlu sayda insan yaralanıb. Təcili tibbi yardım briqadaları yaralıları ətrafdakı xəstəxanalara çatdırırlar.
Mersində ağır avtobus qəzası: Ölənlər və yaralananlar var
Mənbə: İHA