Belarusun paytaxtı Minskdə Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrinin Sərhəd Qoşunları Komandanları Şurasının iclası baş tutub.
Oxu.Az BELTA-ya istinadən xəbər verir ki, iclasda transsərhəd cinayətkarlıqla mübarizə sahəsində qarşılıqlı fəaliyyət istiqamətləri müzakirə edilib.
İclas zamanı tərəflər sərhəd təhlükəsizliyinin gücləndirilməsi çərçivəsində sərhəd xidmətləri arasında əməkdaşlıq və informasiya mübadiləsi barədə razılığa gəliblər.
Görüş zamanı, həmçinin mütəşəkkil cinayətkarlıq, narkotiklərin qanunsuz dövriyyəsi, qanunsuz miqrasiya ilə mübarizə məsələləri müzakirə olunub.
Rəylər