Müslüm Maqomayev adına Mədəni-Musiqi İrs Fondu "Crocus City Hall"da baş vermiş terror aktından zərər görən 300-dən çox şəxsə maddi yardım göstərəcək.
Oxu.Az xəbər verir ki, bu barədə fondun yaydığı bəyanatda qeyd olunur.
Məlumatda həmçinin qeyd olunur ki, hazırda fondun hesabında 140 milyon rubla yaxın (1,6 milyon dollar) vəsait var. Məbləğin böyük hissəsi "Crocus Group" şirkətinin sahibləri olan Araz və Emin Ağalarovlar, digər hissəsi isə xeyirxah şəxslər və digər təşkilatlar tərəfindən yığılıb.
Xatırladaq ki, martın 22-də Moskvada "Crocus City Hall" konsert zalında terror aktı törədilib. Hücum edənlər ziyarətçilərə avtomatlardan atəş açıb və auditoriyanı yandırıblar. İnsident nəticəsində 145 nəfər ölüb.
Terror aktını törətməkdə ittiham olunan 12 nəfər həbs edilib.
Rəylər