Türkiyənin Diyarbəkir vilayətində avqustun 21-də yoxa çıxan və 19 gündən sonra kəndin yaxınlığındakı dərə yatağında çuvalın içərisində cəsədi tapılan 8 yaşlı Narin Güranın istintaqı davam edir.
Uşağın cəsədini dərədə basdıraraq gizlədən Nevzat Bahtiyar adlı şəxsin son ifadəsi ortaya çıxıb.
Bu barədə Oxu.Az "Sondakika.com"a istinadən xəbər verir.
Nevzat Bahtiyar qətldə əsas şübhəli olan Narinin əmisi, həmçinin də kəndin muxtarı olan Salim Güranla bağlı dəhşətli iddialar irəli sürüb.
O, muxtarın qohumu olan iki qadınla qeyri-qanuni, gizli münasibətdə olduğunu bildirib.
"Salim Güranın Yüksel Güran (Narinin anası) və əmisinin arvadı Maşallah Güran ilə qeyri-qanuni münasibəti var. Kənddə bu dedi-qodu yayılıb, amma heç kimin bu barədə ifadə verə biləcəyini düşünmürəm.
Təxmin edirəm ki, Narin əmisinin bu qadınlardan biri ilə cinsi əlaqəsini görüb. Bu səbəbdən Salim Güran Narini öldürmüş ola bilər. Lakin onun bu qadınlardan biri ilə münasibəti olduğunu öz gözlərimlə görməmişəm.
Həmçinin bir məsələni də qeyd etmək istərdim. Narinin qohumu olan Uğurcan Güranın avqustun 25-də toyu olacaqdı. Kişilərin çoxu dəvətnamə paylamaq üçün kənddən kənara çıxmışdılar. Salim Güran da cinsi əlaqədə olmaq üçün Tavşantepe kəndində qalmış ola bilər. Salim Güranın məni çağırdığı ilk yer Arif Güranın tövlə kimi istifadə etdiyi yer idi. O, tövlədə cinsi əlaqəyə girmiş ola bilər. Narin də bunu görmüş ola bilər. O, Narinin cəsədini mənə gətirdiyi zaman uşağın ayağında başmaqlar var idi ki, bu da Narinin evə girmədən öldürüldüyünü göstərir. Narini mən öldürməmişəm, amma jandarmın məni tutacağından qorxdum. Salim Güranın gətirdiyi Narinin cansız bədənini dərədə gizlətdim", - deyə Nevzat Bahtiyar qeyd edib.
Eyni zamanda onun həyat yoldaşı Süheyla Özkan da diqqətçəkən açıqlama verib.
"Cəsədin tapıldığı gün Narinin əmisi Salim Güranın ögey anası evimizə gəldi. Salim həbs olundu, Nevzat da həbs olunacaq dedi. Bundan nə başa düşürsünüz? Daha sonra Arif Güranın evinə getdi. Daha sonra isə Barış Güran (Salim Güranın qardaşı) gecə saat 23:00-da jandarm ilə gəldi və həyat yoldaşımı nəzarət altına aldılar", - deyə o, bildirib.
Rəylər