Banqladeş Daxili İşlər Nazirliyi bazar günü bildirib ki, son iğtişaşlarda 147 nəfər ölüb.
Oxu.Az "EFE" agentliyinə istinadən xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Əsədüzzaman Xan bildirib.
"Hesablamalarımıza görə, 147 nəfər ölüb", - o bildirib.
Qeyd edək ki, Banqladeşdə etirazlar iyulun əvvəlində universitet şəhərciklərindən birində başlayıb. Tələbələr ölkənin 1971-ci il müstəqillik müharibəsi veteranlarının ailə üzvləri üçün iş yerlərinin 30 faizinin kvotalarının geri qaytarılmasına etiraz ediblər.
Rəylər