İsrailin Baş naziri Benyamin Netanyahu ölkənin müdafiə naziri Yoav Qalantı dar çevrədə keçirilən iclasa dəvət etməyib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə İsrailin "12-ci kanal"ı məlumat verib.
Mənbə yazır ki, Benyamin Netanyahunun sentyabrın 21, 22 və 25-də keçirdiyi iclaslar da müdafiə naziri rəhbərinin iştirakı olmadan baş tutub.
Qeyd olunur ki, bütün bu sadalanan hadisələr Yoav Qalantın gözlənilən istefası ilə bağlı şayiələr fonunda baş verir.
Rəylər