Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Pavel Durov Parisə enməyə cəmi bir neçə dəqiqə qalmış barəsində axtarış elan edilib
"Telegram"ın təsisçisi Pavel Durov Fransada "persona non qrata" (arzuolunmaz şəxs) elan edilmişdi.
Oxu.Az Fransa mətbuatına istinadən xəbər verir ki, iş adamı öz statusunu öncədən bilirdi. Lakin buna baxmayaraq, onun təyyarəsinin bu ölkəyə niyə uçduğu məlum deyil.
Bildirilir ki, rəsmi Paris Aİ-nin "Telegram"a qarşı sanksiyalar tətbiq etməsi üçün Durovun məhkəməsindən istifadə edə bilər.
Qeyd olunur ki, Durov Parisə enməyə cəmi bir neçə dəqiqə qalmış barəsində axtarış elan edilib və bundan dərhal sonra həbsinə order verilib.
00:44
"Telegram"ın təsisçisi və baş direktoru Paver Durov şənbə günü axşam "Le Burje" hava limanında saxlanılıb. 39 yaşlı sahibkarı mühafizəçisi və bir qadın müşayiət edib.
Oxu.Az bu barədə Fransanın LCI telekanalına istinadən xəbər verir.
Mənbə iddia edir ki, P.Durov barəsində ilkin araşdırma əsasında Fransa Məhkəmə Polisi tərəfindən ölkə üzrə axtarış elan edilib.
Onun barəsində qərar narkotiklərin qanunsuz dövriyyəsi və digər ağır cinayətlər üzrə Fransa təhlükəsizlik qüvvələri ilə əməkdaşlıq etməməsi səbəbindən verilib.
Təsdiqlənməmiş məlumatlara görə, Durov Fransaya Azərbaycandan gəlib.
Bildirilir ki, Durov hakim qarşısına çıxarılacaq. O, bir sıra cinayətlərdə ittiham oluna bilər: Terrorizm, narkotik qaçaqmalçılığı, fırıldaqçılıq, çirkli pulların yuyulması, oğurlanmış malların idarə edilməsi və s. Qeyd olunur ki, iş adamını 20 illik həbs cəzası gözləyir.
Xatırladaq ki, 2021-ci ilin fevralında Durov Birləşmiş Ərəb Əmirlikləri vətəndaşlığını, avqustda isə Fransa vətəndaşlığını alıb.
"Pavel Durov" teqi üzrə xəbərlər
- Pavel Durovun sevgilisi Dubayda adi gününün necə keçdiyini göstərdi
- "Telegram" istifadəçiləri üçün əla xəbər: Yeni videoyayım funksiyası gəlir
- Rəsmi Bakıdan Pavel Durov və Kemi Sebanın həbsinə münasibət
- İlon Mask Pavel Durovun "X" hesabına abunə olub
- Bu xəbərləri qaçırmayın: 07.10.2024-ün ən mühüm hadisələri
Rəylər