İranın yeni seçilən Prezidenti Məsud Pezeşkian ölkənin keçmiş xarici işlər naziri Məhəmməd Cavad Zərifi yüksək vəzifəyə təyin edib.
"Azad Iran" "Telegram" kanalı bu barədə İran mətbuatına istinadən xəbər verir.
Belə ki, M.Pezeşkianın imzaladığı fərmana əsasən, Məhəmməd Cavad Zərif İranın strateji məsələlər üzrə vitse-prezident vəzifəsinə təyinat alıb.
Məlumat üçün əlavə edək ki, Məhəmməd Cavad Zərif İranın xarici işlər naziri vəzifəsindən əlavə, uzun illər İranın Birləşmiş Millətlər Təşkilatında Daimi Nümayəndəsi olub.
Məsud Pezeşkianın imzaladığı digər fərmanla isə Məhəmməd Cəfər Qaempənah icra işləri üzrə vitse-prezident və Prezident Administrasiyasının rəhbəri vəzifəsinin icraçısı təyin olunub.
Rəylər