İran prezidenti Məsud Pezeşkian Kazanda keçirilən BRİKS sammitində iştirakı çərçivəsində Rusiya prezidenti Vladimir Putin və Çin sədri Si Cinpinlə ikitərəfli danışıqlar aparacaq.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "Mehr" agentliyi İran hakimiyyətinə istinadən məlumat yayıb.
"BRICS sammitində çıxış etməklə yanaşı, Pezeşkian digər ölkələrin liderləri, o cümlədən Rusiya prezidenti Vladimir Putin və Çin sədri Si Cinpinlə ikitərəfli görüşlər keçirmək niyyətindədir", - deyə məlumatda bildirilir.
Qeyd edək ki, BRİKS sammiti oktyabrın 22-dən 24-dək keçiriləcək.
Rəylər