Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Qətldə iştirakı sübuta yetirilən Perunun eks-prezidenti yenidən hakimiyyətə qayıtmaq istəyir
Perunun 15 ildən artıq həbsdə olan keçmiş dövlət başçısı Alberto Fuximori 2026-cı ildə keçiriləcək prezident seçkisində iştirak etmək istəyir.
Oxu.Az bu barədə REN TV-yə istinadən xəbər verir.
"Atamla danışdıq və birlikdə onun prezidentliyə namizəd olacağına qərar verdik", - deyə Fuximorinin qızı Keyko "X" sosial şəbəkəsində yazıb.
2017-ci ildə Perunun ozamankı prezidenti Pedro Pablo Kuçinski sələfi Alberto Fuximorini əfv etmək qərarına gəlib.
Daha sonra bildirilib ki, buna səbəb 79 yaşlı siyasətçinin səhhətinin pisləşməsi olub.
Xatırladaq ki, 2009-cu ildə Fuximori insan hüquqlarının pozulmasında təqsirli bilinərək 25 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə, həmçinin, onun 1991-ci ilin noyabrında Barrios Altos rayonunda 15 nəfərin qətlində və 1992-ci ilin iyulunda Limada doqquz tələbənin və bir universitet müəlliminin qaçırılaraq öldürülməsində iştirakını sübuta yetirib.
"Peru" teqi üzrə xəbərlər
- Bayden həyat yoldaşının onu hədələməsindən danışdı: "Məni kosmosa göndərmək istəyir"
- Perunun futbol federasiyasının prezidenti cinayətkar dəstə təşkil etdiyinə görə həbs edildi
- Peruda gənc müğənni konsertdən dərhal sonra güllələndi, meyiti isə qastrol avtobusundan atıldı
- Peruda güclü zəlzələ oldu
- Bu xəbərləri qaçırmayın: 04.11.2024-ün ən mühüm hadisələri
Rəylər