Qəzza zolağından İsrailin paytaxtı Təl-Əvivə raket atılıb.
Bu barədə Oxu.Az "The Times of Israel" nəşrinə istinadən bildirir.
İsrail Müdafiə Qüvvələri bu məlumatı təsdiqləyib.
Məlumata görə, HƏMAS-ın Qəzzadan atdığı birinci raket İsrailin mərkəzinə, Təl-Əviv sahillərinə, ikincisi isə elə Qəzza ərazisinə düşüb.
Həmçinin, HƏMAS Təl-Əvivə iki uzaqmənzilli raket atdığını və bunun may ayının sonundan bəri İsrailin mərkəzi şəhərinə ilk hücum olduğunu bildirib.
Rəylər