Azərbaycanın Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən Ermənistan silahlı qüvvələrinin dünən törətdikləri təxribata cavab olaraq keçirilən “Qisas əməliyyatı” nəticəsində məhv edilən erməni hərbçilərinin sayı dördə çatıb.
Məlumatı Ermənistan Müdafiə Nazirliyi yayıb.
Məlumatda bildirilib ki, daha bir erməni əsgər isə yaralanıb.
Ermənistan Müdafiə Nazirliyi məhv edilən əsgərlərin adlarını açıqlayıb:
Arutyunyan Eduard Hamletoviç (1974-cü il təvəllüdlü),
Manukyan Qaqik Varazdatoviç (1982-ci il təvəllüdlü),
Ambartsumyan Arsen Qagik (1979-cu il təvəllüdlü),
Oqanesyan Qraçya Talışeviç (1957-ci il təvəllüdlü).
Daha əvvəl, Ermənistan Müdafiə Nazirliyi iki hərbçisinin öldüyü və bir neçə nəfərin yaralandığı barədə məlumat vermişdi.
Mənbə: Erməni KİV
Rəylər