Ötən gün Azərbaycanın Zəngilan rayonu istiqamətindəki mövqelərinə qarşı təxribat törədənlər Ermənistanın “Yerkrapa” terror təşkilatının üzvləri olublar.
Məlumatı Ermənistan mətbuatı yayıb.
Xatırladaq ki, hələ bir müddət əvvəl Azərbaycan-Ermənistan şərti sərhədində Ermənistan tərəfindən terrorçuların yerləşdirməsinə dair müxtəlif xəbərlər dərc edilirdi.
Məlumat üçün əlavə edək ki, Ermənistanda fəaliyyət göstərən “Yerkrapa” (ermənicə - “Yurdun qoruyucuları”) Birinci Qarabağ müharibəsinin iştirakçıları tərəfindən yaradılmış Ermənistan qeyri-hökumət təşkilatıdır. Vazgen Sarkisyanın təşəbbüsü ilə yaradılmış təşkilatın tərkibi altı min erməni vətəndaşından ibarətdir. “Yerkrapa”nın üzvləri Birinci Qarabağ müharibəsində fəal iştirak ediblər. Təşkilatın fəaliyyəti Azərbaycanda terror təşkilatı kimi qiymətləndirilir.
Zəngilan istiqamətində təxribat törədənlər Ermənistanın “Yerkrapa” terror təşkilatının üzvləri olublar - VİDEO
Mənbə: Caliber
Rəylər