Gürcüstanın paytaxtı Tbilisidə parlament binası yaxınlığında müxalifət partiyalarının liderləri, onların tərəfdarları, oktyabrın 26-da baş tutmuş parlament seçkisinin nəticələrinə etiraz olaraq mitinq keçirirlər. Hökumət əleyhdarları seçkinin saxtalaşdırıldığını iddia edir və təkrar səsvermənin keçirilməsini tələb edirlər.
Oxu.Az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
İsveçli ekoloji fəal Qreta Tunberq də Tbilisidə parlament binası qarşısında müxalifətin mitinqində iştirak edir.
Bazar ertəsi səhər sosial şəbəkələrdə Tunberqin şəhərdəki kafelərin birində çəkilmiş fotoları yayılıb. İlkin məlumata görə, o, Gürcüstan paytaxtına qeyri-hökumət təşkilatlarından birinin dəvəti ilə gəlib.
Mitinqdən əvvəl müxalifət nümayəndələri Tbilisidə dəmiryol vağzalının binasından parlamentə doğru yürüş təşkil ediblər.

Rəylər