"Dövlət Bağçalı ilə keçirdiyimiz hər görüş fikirlərimizin möhkəmləndirilməsi üçün bir fürsətdir".
Oxu.Az-ın Türkiyə KİV-ə istinadən xəbərinə görə, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən G20 Liderlər Sammitində iştirakdan sonra jurnalistlərin suallarını cavablandırarkən deyib.
Ərdoğan Türkiyə Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalı ilə münasibətlərindən danışıb.
"Bizim aramızda əsla hər hansı bir anlaşılmazlıq, uyğunsuzluq, fikir ayrılığı yoxdur. Amma bəzi insanlar "Cümhur İttifaqı bölündü, parçalandı" kimi iddialar irəli sürürlər. Belə bir şeydən söhbət gedə bilməz. Bağçalı ilə görüşümüzdə siyasətin və ölkənin gündəmində olan bütün məsələləri ətraflı müzakirə edirik. "Terrorsuz Türkiyə" hədəfimizə gedən yolda atıla biləcək əlavə addımları öz aramızda qiymətləndiririk", - Türkiyə prezidenti bildirib.
Rəylər