Mayın 19-da İran prezidenti İbrahim Rəisi ilə birlikdə helikopter qəzasında həlak olan Təbrizin imam-cüməsi Məhəmmədəli Al-Haşimin yerinə təyinat olub.
Bu barədə xəbər İran mətbuatında dərc edilib.
Belə ki, bu gündən etibarən Təbrizdə imam-cümə vəzifəsini höccətül-islam hacı Şeyx Əhməd Motəhhəri Əsl icra edəcək.
Məlumat üçün əlavə edək ki, İranda imam-cümə vəzifəsini icra edən şəxslər ölkənin Ali Rəhbəri ayətullah Seyid Əli Xamenei tərəfindən təyin edilirlər.
Mənbə: Tasnim
Rəylər