İranın mərhum Prezidenti İbrahim Rəisinin həyat yoldaşı Cəmilə Sədat Ələmolhoda ərinin ölümündən sonra ilk dəfə müsahibə verib.
Oxu.Az xəbər verir ki, Ələmolhoda Rusyanın RT saytına müsahibəsində bildirib ki, Qərb mediası İran üçün "dəhşətli, qorxulu görüntü, inkişafdan geri qalmış aurası" yaradıb.
Rəisinin dul arvadının sözlərinə görə, Qərb məqsədli şəkildə iranlı gəncləri və qadınları hakimiyyətə qarşı qızışdırır.
"ABŞ-lilər hər kəsi öz qaydalarına uyğun standartlaşdırmaq və onları bu çərçivələrə yerləşdirmək istəyirlər. Bunu qəbul etməyən hər kəsi, o cümlədən biz iranlıları təqib edirlər", - deyə o bildirib.
Xatırladaq ki, İran prezidenti, mayın 19-da helikopter qəzası nəticəsində dünyasını dəyişib.
Rəylər