Ermənistanda keçmiş prezident Robert Koçaryana qarşı cinayət işi bərpa edilib.
Oxu.Az Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Kassasiya Məhkəməsinin Mətbuat Xidməti məlumat yayıb.
Qeyd olunur ki, Kassasiya Məhkəməsi hakim Anna Danibekyanın Robert Koçaryanın, KTMT-nin keçmiş baş katibi Yuri Xaçaturovun, keçmiş müdafiə naziri Seyran Ohanyanın və baş nazirin keçmiş müavini Armen Gevorqyanın işinə xitam verilməsi barədə qərarını ləğv edib.
İş yeni istintaqın aparılması üçün Antikorrupsiyaya Məhkəməsinə göndərilib.
Rəylər