Papa Fransisk Vatikanda bazar günü xütbəsi zamanı Rusiyaya müraciət ünvanlayıb.
O, Moskvanı taxıl müqaviləsini yeniləməyə çağırıb.
“Biz hər şeyi, o cümlədən taxılı məhv edən müharibədə Ukrayna üçün dua etməyi dayandırmırıq. Bu, Tanrıya qarşı ağır təhqirdir, çünki taxıl onun bəşəriyyəti qidalandırmaq üçün bəxş etdiyi nemətdir. Aclıqdan əziyyət çəkən bacı-qardaşların fəryadı göylərə ucalır”, - pontifik bəyan edib.
Vatikanın Müqəddəs Pyotr meydanında Apostol sarayının pəncərəsindən danışan pontifik “Mən Kreml nümayəndələrini Qara Dəniz Təşəbbüsünü bərpa etməyə çağırıram ki, taxılın təhlükəsiz daşınması mümkün olsun”, - deyə bildirib.
Mənbə: rbc.ua
Rəylər