"Ermənistan rəhbərliyi buraxdığı səhvlərə görə məsuliyyətdən qaçmağa çalışır və xilası Qərbdə axtarır".
Bunu Rusiya Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin sədri Leonid Slutski NEWS.ru-ya açıqlamasında bildirib.
Onun sözlərinə görə, ölkə Ukraynanın taleyini təkrarlaya bilər.
"Ermənistan rəhbərliyi öz gücünü qorumaq üçün yanlış hesablamalara və səhvlərə görə məsuliyyətdən azad olmağa, Qərbdə "həyat xətti" tapmağa çalışır. Biz bunun necə bitdiyini (kənar nəzarətə keçid və Qərb strukturlarının qlobal maraqlarına xidmət) Ukrayna rejiminin timsalında görürük" , - Slutski izah edib.
Deputat hesab edir ki, kollektiv Qərb "vassallarından" "total rusofobiya siyasəti"nin tətbiqini və "geosiyasi düşmən" hesab etdiyi Rusiya ilə əlaqələri kəsməyi tələb edir. O, Ermənistanın ölümcül səhv etməyəcəyinə ümid etdiyini bildirib.
Rəylər