Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana səfərinin nəticələri Moskva ilə Bakı arasında əməkdaşlığın strateji xarakterini bir daha təsdiqləyib.
Oxu.Az xəbər verir ki, bu barədə "News.ru"ya müsahibəsində Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin sədri Leonid Slutski bildirib.
Onun sözlərinə görə, Rusiya növbəti dəfə Cənubi Qafqazdakı nizamlanma prosesində effektiv vasitəçi kimi özünü təsdiqləyib.
"Azərbaycan isə, ilk növbədə, humanitar və iqtisadi sahələrdə etibarlı tərəfdaş olduğunu bir daha sübut edib. Əminəm ki, Bakının BRICS-ə qoşulmaq niyyəti də mütləq uğur qazanacaq. Belə bir təşəbbüsün Rusiya prezidentinin səfəri zamanı səsləndirilməsi xüsusi əhəmiyyət daşıyır", - deyə Slutski qeyd edib.