Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Rusiya hərbi gəmiləri Kubaya gedir: ABŞ-dən reaksiya gecikmədi
"ABŞ hakimiyyət orqanları Rusiya gəmilərindən ibarət dəstənin Kubaya səfəri ilə bağlı vəziyyəti izləyir, lakin bu hadisəni öz milli təhlükəsizliyinə təhdid kimi görmür".
Bu sözləri Ağ Evin rəsmi nümayəndəsi Con Kirbi yerli telekanalın efirində deyib:
"Biz onları diqqətlə izləyəcəyik... Bu hadisənin milli təhlükəsizliyimizə təhlükə törədəcəyini gözləmirik".
Xatırladaq ki, ötən gün Kuba Xarici İşlər Nazirliyi 2024-cü il iyunun 12-dən 17-dək Rusiya Hərbi Dəniz Qüvvələrinin dörd gəmidən ibarət qrupunun Havana limanına rəsmi səfər edəcəyini açıqlayıb.
Mənbə: CNN
"Rusiya-ABŞ münasibətləri" teqi üzrə xəbərlər
- ABŞ Rusiyanın dərinliklərinə zərbələr endirilməsi üçün "Storm Shadow"dan istifadəyə icazə verdi
- Sergey Lavrov: "Vaşinqtonla əlaqələr məsələsində "top" ABŞ tərəfdədir"
- KİV: Trampla Putin arasında telefon danışığı baş tutub
- Nüvə müharibəsinə gedən yol: Rusiyalı politoloqdan ssenari
- ABŞ-nin nüvə döyüşü potensialı: Pentaqonun narahatlığı və Baydenin planları
Ən çox oxunanlar