Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Rusiya kanallarına haker hücumu olub
"Rossiya-1" və Ümumrusiya Dövlət Televiziya və Radio Yayımları Şirkətinə daxil olan digər telekanalların və radiostansiyalarının yayımı haker hücumu səbəbindən dayandırılıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Baza" "Telegram" kanalı məlumat verib.
Qeyd olunub ki, Ümumrusiya Dövlət Televiziya və Radio Yayımları Şirkəti bu günə qədər görünməmiş haker hücumuna məruz qalıb.
Hazırda onlayn yayım, daxili xidmətlər, hətta internet də işləmir. Bildirilib ki, serverlərdən hər şey, o cümlədən ehtiyat nüsxələr silinib. Problemin çox ciddi olduğu və bərpasının çox vaxt aparacağı qeyd olunur.
"Haker hücumu" teqi üzrə xəbərlər
- İranlı hakerlər Trampın məktubları üçün ABŞ-də alıcılar tapıblar
- "Wi-Fi"dan təhlükəsiz istifadə qaydaları açıqlanıb
- İranın nüvə obyektlərinə və dövlət orqanlarına kiberhücum olub
- Maşınların üsyanı: Robot tozsoranlar sahiblərini təhqir etməyə və ev heyvanlarını təqibə başladı
- İsrailli hakerlər İranda yanacaqdoldurma məntəqələrinin işini dayandırdılar
Ən çox oxunanlar
Rəylər