Rusiyanın Sankt-Peterburq şəhərində Vosstaniya meydanında bir neçə avtomobil və avtobusun iştirakı ilə qəza baş verib. İnsident nəticəsində 25 nəfər yaralanıb.
Oxu.Az xəbər verir ki, bu barədə şəhər qubernatoru Aleksandr Beqlov öz "Telegram" kanalında məlumat verib.
Hadisə yerinə yeddi təcili yardım briqadası gəlib. İki uşağın vəziyyəti orta-ağır olaraq tibb müəssisəsinə aparılıb. Daha 15 yaralı, o cümlədən iki azyaşlı xəstəxanaya yerləşdirilməkdən imtina edib.
İlkin məlumata görə, qəzadan əvvəl avtobus sürücüsünün səhhəti qəfil pisləşib.
Rəylər