Rusiyanın Novorossiysk şəhəri yaxınlığındakı "Romantik" və "Qolubaya volna" istirahət bazalarında dünəndən başlayan meşə yanğınında təxminən 40 tikiliyə zərər dəyib.
Oxu.Az-ın TASS-a istinadla məlumatına görə, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi xəbər verib.
Bildirilir ki, təbii fəlakət zamanı azı iki nəfər xəsarət alıb.
Ümumilikdə yanğının söndürülməsinə 314 nəfər və 84 xüsusi texnika, həmçinin "İl-76" təyyarəsi, "Mi-8" və "Ka-32" helikopterləri cəlb edilib.
Son məlumatlara görə, Dyurso rayonunda yanğının sahəsi 62 hektara qədər artıb. İsti hava və güclü külək vəziyyəti çətinləşdirir.
Rusiyada istirahət mərkəzləri alov içində: Yaralananlar var
Rəylər