Rusiyanın Rostov vilayətinin Azov şəhərində yerləşən neft anbarlarında Ukrayna Silahlı Qüvvələrinin hücumundan sonra başlayan yanğın bir gün sonra lokallaşdırılıb.
Bu barədə Rusiyanın Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat verib.
Bildirilir ki, yanğının söndürülməsinə yanğınsöndürmə qatarı da cəlb edilib.
Xatırladaq ki, Azovda PUA hücumu nəticəsində neft məhsulları olan anbarlar alışıb. İlkin məlumata görə, xəsarət alan yoxdur.
Mənbə: TASS